AZ

Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişin geri çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa öz feysbuk hesabında paylaşıb.

O bu barədə Ukrayna səfirləri və baş konsulları ilə görüşdən sonra paylaşım edib.

Yeni nazir Xarişinin hazırda döyüşən dövlətin diplomatiyasının reallıqlarını tam olaraq anlamadığını qeyd edib.

Sibiqa, eyni zamanda XİN rəhbərinin müavini İrina Borovetsin istefasının nəzərdən keçirilməsini təklif edib.

Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O bu vəzifədə Dmitri Kulebanı əvəz edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
33
qafqazinfo.az

10Mənbələr