AZ

Parisdə Yay Paralimpiya Oyunları başa çatdı


Fransanın paytaxtında 2024-cü il Yay Paralimpiya Oyunları başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, “Stad de Frans” stadionunda yarışın rəsmi bağlanış mərasimi baş tutub.
Mərasim iştirakçıları və tamaşaçılar üçün 24 fransalı sənətçi elektron musiqi janrında musiqili tamaşalarla çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan paralimpiadada 7 növ üzrə 18 idmançı ilə təmsil olunub.
İdmançılarımız Paris-2024 Yay Paralimpiya Oyunlarını 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 11 medalla başa vurub. Azərbaycan 169 ölkə arasında 28-ci yeri tutub.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Xatırladaq ki, yarış avqustun 28-də start götürmüşdü.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
43
yeniavaz.com

10Mənbələr