AZ

Borrell mandatı bitməmiş bu ölkəyə səfər etmək istəyir

  •  
  •  
  •  

Josep Borrell Aİ diplomatiyasının rəhbəri kimi mandatı bitməmiş Ukraynaya səfər etmək niyyətində olduğunu açıqlayıb. Bu vəzifəni Estoniyanın keçmiş baş naziri Kaja Kallas tutacaq.

OXU24.COM xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri öz bloqunda yazıb.

O bildirib ki, cəmi bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa ilə telefon danışığı olub.

“Təcrübəli diplomat prezident Zelenski və nazir Kuleba ilə birlikdə müxtəlif vəzifələrdə çalışıb. Qarşıdakı aylar müharibənin gedişatını müəyyən edəcək. BMT-dən başlayaraq Ukraynaya beynəlxalq dəstəyin davam etdirilməsi üçün Ukrayna diplomatiyasının başında nazir Sibiqa kimi təcrübəli məmurun olması vacibdir.

Bir neçə gün əvvəl ilk telefon danışığımız oldu. Dmitrinin Rusiya genişmiqyaslı işğalına başlayandan bəri hər dəfə iştirak etdiyi Aİ Xarici Əlaqələr Şurasında iştirak etmək üçün açıq dəvətimi də ona çatdırdım. Təəssüf ki, artıq Ukraynaya göstərdiyimiz mühüm yardım hələ ki, ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa etmək və Rusiyanın müharibəsini dayandırmaq üçün kifayət etmir. Mən nazir Sibiqanı əmin etdim ki, nəyin bahasına olursa olsun, Aİ Ukraynaya lazım olan qədər dəstək verəcək. Biz Ukraynaya siyasi və hərbi dəstəyimizi gücləndiririk”, - deyə Borrell bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
21
oxu24.com

10Mənbələr