AZ

KİV: İsrail Suriyadakı İranın raket istehsalı bazasını vurub » AzadMedia.az



İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

İsrail Müdafiə Qüvvələri Suriyaya raket hücumu ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
azadmedia.az

10Mənbələr