AZ

Bakıda bu gün 31 dərəcə isti olacaq

Ölkədə bu gün əsasən yağmursuz olacaq, bölgələrdə temperatur enəcək.

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 19-22°, gündüz 27-31° isti olacaq.

Ölkə bölgələrində gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-32° isti olacaq, dağlarda 8-13° isti, gündüz 13-18° isti gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
bizim.media

10Mənbələr