AZ

Cüdo yığmamız Avropa çempionu olub

Bakı. Trend:

Bu gün Tallində (Estoniya) gənclər arasında cüdo üzrə Avropaçempionatında qarışıq komanda yarışları başa çatıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan yığması turnirin qalibiolub.

Millimiz mübarizəyə 1/8 finalda Bolqarıstanla start verib vərəqibini 4:1 hesabı ilə məğlub edib. Növbəti görüşdə cüdoçularımızTürkiyə ilə üz-üzə gəliblər. təmsilçilərimiz 4:0 hesabı ilə üstünolaraq, yarımfinala vəsiqə qazanıblar. Burada Niderlanddan 4:2hesabı ilə güclü olan yığmamız adını finala yazdırıb.

Komandaməz həlledici görüşdə Fransa ilə qarşılaşıb. 4:3 hesabıilə qələbə qazanan millimiz Avropa çempionu tituluna yiyələnib.Finalda Vüsal Qələndərzadə (73 kq), Alan Kotsoyev (100 kq), KənanNəsibov (+100 kq) qələbə qazanıb, Fidan Əlizadə (57 kq), PərvanəAbdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) isə uduzub.Nəticədə qalibi müəyyən etmək üçün həlledici görüş keçirilib vəFidan rəqibini məğlub edərək, ölkəmizin qızıl medal qazandırıb.

Qeyd edək ki, komandamız dörd qızıl, iki gümüş və iki bürüncmedal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinciyeri tutub. Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq),Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizamiİmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
az.trend.az

10Mənbələr