AZ

Yenidən Əlcəzairin prezidenti seçildi

Əlcəzairin Seçki Komissiyası ölkənin hazırkı lideri Abdelmacid Tebbunun yenidən prezident seçildiyini elan edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Əlcəzair seçki komissiyasının məlumatına görə, Tebbun səslərin 94 faizindən çoxunu qazanıb. Onun rəqibləri islamçı Abdelali Həsəni Şerif və sosialist nümayəndəsi Yusif Auşiş müvafiq olaraq 3 faiz və 2,1 faiz səs toplayıb.

Qeyd edək ki, sentyabrın 7-də Əlcəzairdə prezident seçkiləri keçirilib. Seçki komissiyasının məlumatına görə, ölkədəki 24 milyon seçicidən 6 milyondan az adam iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
bakivaxti.az

10Mənbələr