AZ

Qərb Lukaşenkodan nə istəyir? -Belarusun XİN başçısı açıqladı

Qərb Lukaşenkodan əvvəl istədiklərini hələ də istəyir. Belə ki, onlar bu gün Belarusun Qərbə lazım olan anti-Rusiya siyasətini həyata keçirməsini istəyir.

“İki sahil”in məlumatına görə, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Belarus 1” telekanalında Qərbin Belarus prezidenti Aleksandr Lukaşenkodan nə istədiyi barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qərb Belarusda psevdodemokratik qüvvələri hakimiyyətə gətirmək istərdi: “Düşünürəm ki, Ukrayna və Rusiyanın iştirak etdiyi cənubda münaqişənin aktiv fazası bitənə qədər Qərbin bu siyasətində heç bir dəyişiklik olmayacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
49
ikisahil.az

10Mənbələr