AZ

Lavrov Səudiyyə Ərəbistanına səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurası nazirlərinin iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoqu çərçivəsində nazirlərin birgə iclasında iştirak edəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

Əməkdaşlıq Şurası altı ölkəni birləşdirən regional beynəlxalq təşkilatdır: Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
31
ikisahil.az

10Mənbələr