AZ

Ərdoğan Narindən yazdı: "Kədərimizin həddi-hüdudu yoxdur..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar bölgəsində 19 gündən sonra cəsədi tapılan 8 yaşlı Narin Güran adlı qızla bağlı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə özünün "X" hesabında paylaşım edib.

"Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaralayıb. Kədərimizin həddi-hüdudu yoxdur", - Ərdoğan yazıb.

O qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər: "19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik".

Prezident Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb: "Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm".

İlkin məlumata görə, qız zorlanıb və boğularaq öldürülüb. Yerli mətbuat yazır ki, rezonans doğuran iş çərçivəsində 21 nəfər saxlanılıb. Saxlanılanlar arasında Narinin anası Yüksel Güran, atası Arif Güran və qardaşı da var.

Daha əvvəl hadisə ilə əlaqədar azyaşlının əmisi, Tavşantəpə kəndinin muxtarı Sami Güran həbs edilib.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
11
cebheinfo.az

10Mənbələr