Rusiya Ukraynaya qarşı müharibənin nəticələrini hiss edəcək, çünki o öz hesabına döyüşür və böyük itkilər verir. BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov bildirib. “Rusiya öz iqtisadiyyatını heç də ağrısız şəkildə müharibə vəziyyətinə gətirmədi; bunu bacardılar, amma müharibə uzanarsa, resurs məsələsində nəticə həmişə mənfi olacaq", - K.Budanov vurğulayıb. Onun sözlərinə görə, gələn il Rusiya iqtisadiyyatı bu nəticəni hiss edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.