AZ

Sabunçu Tibb Mərkəzinin yaxınlığında YANĞIN: Yolda tıxac yarandı

Sabunçu rayonu, Aeroport şosesi, Sabunçu Tibb Mərkəzinin yaxınlığında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın səbəbindən yolda məhdudiyyət olmasa da, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən bəzi avtomobil sürücülərinin sürəti azaldaraq yanğın baş verən əraziyə baxması hər iki istiqamətdə sıxlığın yaranmasına səbəb olub.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
21
oxu.az

10Mənbələr