AZ

Tramp Putini buna məcbur edəcək, neftin qiyməti... - ŞOK PLAN

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyasətçi enerji qiymətlərini kəskin şəkildə azaltmaq istəyir.

Tramp dəfələrlə bəyan edib ki, Ağ Evdə hakimiyyətə gəldikdən sonra 24 saat ərzində Kiyev və Moskva arasında münaqişəni dayandıra biləcək. Daha sonra yeni vaxt çərçivəsi seçkilərin bitdiyi gündən Yeni ilə qədər olan dövrə təsadüf edəcək.

"Biz qalib gəlsək, mən rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl seçilmiş prezident kimi bu münaqişəni həll edə biləcəyimə inanıram. Bu münaqişəni dayandıra bilərəm, çünki bu, dəhşətli münaqişədir", - Tramp qeyd edib.

Nyu-York İqtisadi Klubunda siyasətçi verdiyi vədləri necə həyata keçirmək niyyətində olduğunu dəqiq açıqlayıb. Beləliklə, o, vəzifəyə gəldikdən sonra bir il ərzində enerji daşıyıcılarının xərclərini xeyli azaltmağı planlaşdırır.

"Neft 40 dollar olanda Putin mübarizə apara bilməyəcək", - deyə respublikaçı yekunlaşdırıb./publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
bakivaxti.az

5Mənbələr