AZ

Həddindən artıq kofe bu xəstəliklərə səbəb ola bilər - Ekspertdən XƏBƏRDARLIQ

Kofe faydalı qida olsa da, onun istehlakı müəyyən xəstəlikləri olan və ya dərman qəbul edən insanlar üçün bəzi mənfi təsirlərə, sağlam insanlarda həddindən artıq qəbulu isə müəyyən narahatlığa səbəb ola bilər.

 

Bunu Modern.az-a açıqlamasında qida mühəndisi Fərid Səfərov bildirib.

 

“Kofe istehlakı xüsusilə qan təzyiqi, ürək ritminin pozulması (aritmiya), taxikardiya və digər ürək xəstəlikləri olan şəxslər üçün zərərlidir. Bütün qidalarda olduğu kimi, kofe istehlakı orta səviyyədə olmalıdır. Gündə 3 stəkandan çox kofe istehlakının məhsuldarlığa mənfi təsir göstərdiyini, 5 fincandan çox isə osteoporoza səbəb ola biləcəyini göstərən elmi araşdırmalar var. Yenə həddindən artıq kofe istehlakı yuxusuzluq, gərginlik, əsəbilik və həssaslıq kimi mənfi təsirlərə yaradır”.

 

Ekspertin sözlərinə görə, anemiyası olan insanlarda anemiyanı ağırlaşdıra bilər, çünki qidalardan dəmirin udulmasını azaldır:

 

“Bundan əlavə, kofeni adi və ya yalnız süd əlavə etməklə istehlak etmək tövsiyə olunur. Tərkibində qaymaq, şəkər, şərbət və hazır süd tozu olan kofenin yağ və şəkər tərkibi çox yüksək olduğu üçün xeyirdən çox zərər verəcək. Həm də sidikqovucu olduğu üçün sidik ifrazını artırır. Bu təsirinə görə kifayət qədər su istehlak etməyən insanlar əziyyət çəkə bilərlər”.

 

 

F.Səfərov bildirib ki, kofeni çox sevirsinizsə və istehlak miqdarını keçirsinizsə, birinci mərhələdə gün ərzində kofe istehlakınızı mümkün qədər azaltmaqla başlaya bilərsiniz:

 

“Bununla belə, sadəcə olaraq miqdarın azaldılması çox kofe içməyin səbəb olduğu zərərləri və mənfilikləri aradan qaldırmağa imkan verməyəcək. Bu mərhələdə kofenin istehlak üsulu da mühüm rol oynayır. Kofe yeməkdən 45 dəqiqə əvvəl və sonra qəbul edilməməlidir. Çünki çox kofe içməyin mədəyə verdiyi zərər özünü ən çox bu müddət ərzində göstərə bilər.  Boş mədədə turşuluq səviyyəsi artarkən, yeməkdən dərhal sonra kofe içmək qan təzyiqini yüksəldir.Kofenin tərkibindəki kofein, bu içkidən istifadə etmədikləri zaman insanların uzun müddətdə özünü məhrum və narahat hiss etmələrinə səbəb olur. Bu asılılıqdan xilas olmaq üçün balanslaşdırılmış şəkildə qidalanmaq, kifayət qədər yatmaq və bol su içmək lazımdır, bu zərərli təsirlərin əlamətlərini azalda və tamamilə yox edə bilər. Ən sağlam kofe seçimi filtr olunmuş kofedir. Kofein qəbulunu nəzarət altında saxlamaq, gündəlik kofe qəbulunu balanslı tutmaq və sağlam həyat tərzi vərdişlərini birləşdirməklə içdiyiniz kofedən zövq ala bilərsiniz. Sağlam qidalanaraq sağlam yaşayın!"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
18
modern.az

10Mənbələr