AZ

"Almaniyanın vasitəçiliyi ilə Putinlə danışıqlara getmək olar" - ukraynalı diplomat

"Putinlə dialoq mənasızdır, çünki o, güzəştə getmək niyyətində deyil, Ukrayna torpağının ən azı 30 faizini ələ keçirmək istəyir..."
 
Ukrayna hakimiyyəti Almaniyanın Kiyevlə Moskva arasında danışıqlarda vasitəçi olmasının əleyhinə deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Almaniyadakı sabiq səfiri Andrey Melnik bəyan edib.
 
O, Almaniya kansleri Olaf Şoltsa Putinlə əlaqə saxlamağa və Ukrayna ilə danışıqları müzakirə etməyə çağırış edib.
 
"Şolts yaradıcı yanaşma sərgiləyib, Almaniyanın diplomatik kanallarından istifadə edərək Putinlə danışıqların mənasının olub-olmadığı məsələsini öyrənə bilər. Almaniyanın Moskvadakı səfirliyi hələ də işləyir. Ən əsası, biz, ukraynalılar almanlara etibar edirik", - o, "Berliner Zeitung" nəşrinə müsahibəsində deyib.
 
Melnik qeyd edib ki, Kreml sahibindən onun "Çin, Braziliya və Hindistanın vasitəçiliyini qəbul edəcəyi barədə "qəflətən yeni siqnallar daxil olub", çünki onun "bu dövlətlərin rəhbərləri ilə etibarlı təmasları var". Lakin ukraynalı diplomat qeyd edib ki, Ukrayna belə vasitəçiləri qəbul etməyəcək.
 
Rusiya ilə danışıqlar...
 
Avqustun 29-da Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Ukraynanın subyekt Putinlə indiki mərhələdə istənilən dialoqun boş olacağının və ədalətli, möhkəm sülh üçün əsaslar yaratmayacağının ən azı üç əsaslı səbəbi var.
 
Ukrayna prezidenti Vladimir Zelenski avqustun 27-də bəyan edib ki, "bu gün Putinlə dialoq mənasızdır", çünki Rusiya diktatoru Ukrayna torpağının ən azı 30 faizini ələ keçirməyə can atır. Onun sözlərinə görə, Putin güzəştə getmək niyyətində deyil, Ukraynanı məhv etmək istəyir.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
7
moderator.az

9Mənbələr