AZ

Zelenski BU ÖLKƏNİN vasitəçiliyinə ümid edir - Seçkilərdən əvvəl...

Ukrayna seçkilərdən əvvəl “Patriot” hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı ABŞ ilə danışıqlarda İtaliyanın vasitəçiliyinə ümid edir.

Musavat.com xəbər verir ki, bu barədə “Messaggero” qəzeti məlumat yayıb.

Nəşrin mənbələri bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın baş naziri Ciorcia Melonini Amerika seçkilərindən əvvəl “Patriot”un transferində Vaşinqtona təsir edə biləcək potensial vasitəçi kimi görür.

Qeyd olunub ki, bu yaxınlarda Çernobbio iqtisadi forumunda keçirilən görüşdə ikinci “SAMP/T” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi məsələsi də müzakirə olunub. İyun ayında təsdiq edilmiş bu kompleksin təhvil verilməsi təchizatçı şirkətdə tətillə əlaqədar istehsal çətinlikləri səbəbindən gecikib.

Məlumata görə, “SAMP/T” nin sentyabrın sonuna qədər göndəriləcəyi gözlənilir.

Ukrayna Xarici İşlər Nazirliyi bundan əvvəl Kiyevin vəd edilmiş “Patriot sistemlərinin bir hissəsini almadığını bildirib.

Zelenski qeyd edib ki, səmanı etibarlı qorumaq üçün Ukraynaya 25 “Patriot” hava hücumundan müdafiə sistemi lazımdır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
musavat.com

1Mənbələr