AZ

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - YENİLƏNDİ

Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.


Digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.


Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.
 

***

 

15:22

 

Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.


Yanan evdə iki azyaşlı qalıb.


Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri uşaqların xilası üçün çalışır.

 

APA

Tarix: 8 Sentyabr 2024, 16:31   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
12
pravda.az

10Mənbələr