AZ

Lerikdə kiberdələduzluq halları ilə bağlı maarifləndirmə işi aparılıb

Bakı. Trend:

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarınınqarşısının alınması məqsədilə Lerikdə sakinlər arasındamaarifləndirmə işi gücləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regionalqrupundan Trend-ə verilən məlumata görə, Lerik Rayon PolisŞöbəsinin əməkdaşları tərəfindən ticarət və iaşə obyektlərində,bankomatların, həmçinin ödəmə terminallarının ətrafındaməlumatverici lövhələr asılıb, sakinlərlə bu mövzuda profilaktikisöhbətlər aparılıb və zəruri məlumatlar verilib.

Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bankvə digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli,kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdəngələn mesaj və bildirişləri açmamalıdırlar.

Polis əməkdaşları tərəfindən vətəndaşlara, xüsusən təqaüdçülərəkartlarındakı pulu nağdlaşdırmaq və digər bir şəxsin kart hesabınapul göndərmək məqsədilə tanımadıqları şəxslərdən kömək istəməməktövsiyə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
az.trend.az

5Mənbələr