AZ

“Hizbullah” İsrailin şimalına raket zərbələri endirib

“Hizbullah” Livanla sərhəddən 2,5 kilometr aralıda yerləşən Kiryat Şmona şəhərindəki İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə qurumun teleqram kanalında yerləşdirilmiş bəyanatında qeyd edilib.

Bildirilib ki, “Hizbullah” döyüşçüləri bu yaşayış məntəqəsinə çoxsaylı raket sistemlərindən onlarla mərmi atıblar. Kibbutz Şamirdəki hərbi baza da raket atəşinə tutulub. Bu hücumların nəticələri barədə təfərrüatlar və qurbanlar haqqında məlumat verilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
ikisahil.az

5Mənbələr