AZ

Kirpi hava limanının işini dayandırdı

Almaniyanın Arnştadt (Türinqiya vilayəti) şəhərindəki kiçik aerodromun işi yarım saatlıq dayandırılıb.

Oxu.Az Bild-ə istinadən xəbər verir ki, buna uçuş-enmə zolağında peyda olan kirpi səbəb olub.

Məlumata görə, kirpi uçuş-enmə zolağında yemək axtarırdı.

Yalnız yarım saatdan sonra pilotlar və dispetçer heyvanı uçuş-enmə zolağından çıxara biliblər. Kirpi yavaş-yavaş və son dərəcə istəksiz halda təyyarələrin yolundan çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
editor.az

2Mənbələr