Almaniyanın Arnştadt şəhər aeroportunda uçuş-eniş zolağında kirpinin peyda olması səbəbindən təyyarə yarım saatdan çox uça bilməyib.

Leqal.info xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Aviadispetçer xidmətinin iki əməkdaşının birgə səyi ilə kirpini çətinliklə də olsa, uçuş-eniş zolağından uzaqlaşdırmaq mümkün olub. Yalnız bundan sonra təyyarə havaya qalxa bilib.

Leqal.info