AZ

Prokuror köməkçisi yol qəzasında həlak olub - Foto

Prokuror

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Reyting.az
"Qafqazinfo"ya istinadla bildirir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi "KIA Optima" markalı avtomobil aşıb və sürücü aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Məlumata görə, qəzada həlak olan Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
15
reyting.az

10Mənbələr