AZ

Taliban və Pakistan arasında silahlı toqquşma

Əfqanıstanda radikal Taliban hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "TOLOnyus" məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın şərqində yerləşən Host vilayətinin sərhədi yaxınlığında yerli vaxtla təxminən saat 16:00-da Taliban ilə Pakistan hərbçiləri arasında atışma başlayıb. Tərəflərin ağır silahlardan da istifadə etdiyi iddia edilir.

Ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
7
milli.az

7Mənbələr