AZ

Güclü qasırğa insanlara qorxunc anlar yaşatdı - VİDEO

Saatda 240 km/saat sürətlə əsən "Super Yagı" qasırğası keçdiyi ölkələrdə fəlakətlərə yol açıb qorxulu mənzərələr ortaya çıxarmaqdadır. Filippin və Çini cənginə alan güclü qasırğa Vyetnama doğru irəliləməkdədir.

Ölkə.az xəbər verir ki, son on ilin ən güclü qasırğası nəticəsində Çinin cənubundakı məşhur turist adası viran qalıb.

Dağıdıcı küləklər və leysan yağışlarla müşayiət olunan 240 km/saat sürətlə irəliləyən "Super Yagı" qasırğası cümə günü Çinin Haynan adasının şimal-şərqindəki Vençanq şəhərində ciddi fəsadlara yol açıb. Qasırğadan öncə adada təxminən 400.000 insan təhlükəsiz yerə təxliyə edilib. Qatarlar, qayıqlar və uçuşlar dayandırılıb, məktəblər bağlanıb.

Güclü qasırğa Filippində də ciddi fəsadlar törədib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
olke.az

1Mənbələr