AZ

Parisdə minlərlə insan Makronun istefasını tələb etdi


Parisin Bastiliya meydanına toplaşan minlərlə etirazçı Fransa Prezidenti Emmanuel Makronun siyasətləri ilə razılaşmayaraq onun istefasını tələb ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat yayıb.
Nümayiş iştirakçıları “Makron istefa ver!”, “Makronun hərbi çevrilişini dayandıraq!”, “Makron demokratiyanı məhv edəndir!” şüarları səsləndirib.
Bundan əlavə, sol partiyaların toplaşan tərəfdarları prezidentin təxminən iki aylıq məsləhətləşmələrdən sonra solçu “Yeni Xalq Cəbhəsi” tərəfindən təklif olunan namizədliyi rədd edərək sağ mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri ölkənin baş naziri vəzifəsinə təyin etməsindən hiddətlərini ifadə edirlər.
Aksiyada həmçinin Fələstinə azadlıq tələb edilib. 
“L'Est Republicain” qəzeti mənbələrə istinadən bildirib ki, hakimiyyət ölkə boyu 30 minə qədər nümayişçini gözləyir ki, onlardan 8 mini Paris küçələrinə çıxacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
yeniavaz.com

1Mənbələr