AZ

Dəhşətli qətlin üstü 31 il sonra açıldı

Moskvada müstəntiqlər 1993-cü ildə törədilmiş qətlin üstünü açıblar.

News365.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının paytaxt üzrə İstintaq İdarəsindən məlumat verilib.

Cinayət Stalevarov küçəsində yerləşən uşaq bağçasının ərazisində baş verib və burada şübhəli şəxs dostunu butulka və taxta ilə döyüb. Qətldən sonra təcavüzkar mərhumun paltarından 80 min rubldan çox pul götürərək yoxa çıxıb. Uzun müddət cinayətin üstü açılmamış qalıb, lakin bu yaxınlarda müstəntiqlər və kriminalistlər işi yenidən araşdırıblar və yeni dəlillər tapıblar.

Şahidlər dindirilib və fotoşəkildən şübhəlinin şəxsiyyəti müəyyən edilib. Nəticədə müttəhim Moskvada tapılıb və Rusiya Qvardiyasının köməkliyi ilə hava limanlarından birində saxlanılıb.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
10
news365.az

10Mənbələr