AZ

Çin kosmosa təyyarə göndərməyə hazırlaşır –FOTO

Çin ulduzlara can atır

“Yalnız ulduzlar daha yüksəkdir” şüarı ilə ulduzlara belə yol açmaq iddiasında olan Çinin “CATL” şirkəti səmanın ənginliyinə çatmaq və ucsuz-bucaqsız yüksəklikləri belə fəth etmək qərarına gəlib.

“Cnevpost” nəşrinin xəbərində deyilir ki, “CATL” batareyalar ilə işləyəcək “eVTOL” kosmik təyyarə modelinin ilk uçuşunu ilin sonunda həyata keçirmək niyyətindədir.

Sənaye nəhəngi kimi tanınmış, həmçinin müasir texnologiya əsrinin böyük yeniliyi kimi qəbul edilmiş elektrik avtomobilləri üçün yeni akkumulyatorların istehsalında şəriksiz dünya liderinə çevrilmiş Çinin bu şirkəti artıq elektrik aviasiya bazarını da fəth etməklə yeni, yüksək bir səviyyəyə qədəm qoyur.

Şirkətin nümayəndələri bildiriblər ki, bu ilin sonuna sonuna qədər “CATL” öz yeni modelini, elektriklə şaquli qalxmağı, həm də enməyi bacaran təyyarəni və kosmos üçün nəzərdə tutulmuş “eVTOL” -un ilk uçuşunu həyata keçirməyi planlaşdırır.

Batareya bazarında 30%-dən çox payın sahibi olan lider “CATL”  çalışqanlığı, həm də fəallığı sayəsində öz təsirini avtomobil sənayesindən kənara çıxarmağa çalışır.

Bu yaxınlarda keçirilmiş, xeyli qonaqların nümayəndə kimi iştirak etdiyi beynəlxalq yığıncaqda, yəni Dünya Enerji Batareya Konfransında söz alan şirkətin prezidenti Robin Zenq bu şirkətin aviasiyanı inkişaf etdirmək planlarından danışıb. Xüsusilə, o, indiki şəraitdə müasir aviasiyanın əsas problemini qabardmaqla belə bir sahədə karbonun azaldılmasının vacibliyini qeyd edib və bildirib ki, “eVTOL” bu problemi  həll etməyə qadirdir.

“CATL”  4 tonluq elektrik təyyarəsinin də sınağını uğurla həyata keçirib və hazırda 3000 kilometrədək məsafəni qət etməyi bacara biləcək 8 tonluq model üzərində işləyir.

“Bununla belə, bu şirkətin əsas məqsədi ancaq növbəti mərhələ üçün ilk uçuşları 2024-cü ilin sonuna qədər planlaşdırmaq və “eVTOL”-u işə salmaqdır” vurğulayan “Cnevpost” qəzeti şirkətə istinadla yazır.

Şirkət həm də “eVTOL”-u inkişaf etdirən Çin startapı “Autoflight”-a da çox böyük sərmayə qoyub. Məqsəd isə batareyaları təkmilləşdirmək, həm də onların sıxlığını artırmaq üçün tezliklə birgə tədqiqatlar planlaşdırmaqdır.

Nəşr bu mövzu ilə bağlı mütəxəssislərin rəyinə istinad etməklə yazır ki, ehtimala görə yaxın gələcəkdə bu addım elektrik aviasiyasının inkişafını yeniləməyə, daha daha da sürətləndirməyə kömək edəcək.

Çin nəhəngi “CATL” şirkəti ilə əməkdaşlıq edəcək çinli startap “Autoflight” 2025-ci ilə qədər Çində, eləcə də Avropada lazım olan sertifikatları almağa ümid edir.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
16
azpost.info

10Mənbələr