AZ

Putinin adına mağaza açılacaq

Rusiyanın Sankt-Peterburq şəhərində “Putin Team” mağazalar şəbəkəsi açılacaq.

"Cebheinfo.az" RBC-ya istinadən xəbər verir ki, ilk mağaza Nevskiy Center ticarət kompleksinin ikinci mərtəbəsində 100 kvadratmetr sahədə açılacaq.

Brendin PR direktoru Yelizaveta Şişkina açılış tarixini 30 sentyabr olaraq bildirir.

Qeyd olunur ki, İtaliyanın kişi geyim markası “Giovanni Botticelli” daha əvvəl sözügedən ərazini icarəyə götürüb.

Brendin müəllifi Dmitri Şişkin deyib ki, 2024-2025-ci illərdə Sankt-Peterburqda beş yeni mağaza açmağı planlaşdırırlar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
cebheinfo.az

10Mənbələr