AZ

Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyin edildi

Kişilərdən ibarət 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək.

Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Floren Batta yerinə yetirəcək. vakansiyalar

Qeyd edək ki, sentyabrın 10-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
13
yenisabah.az

10Mənbələr