AZ

Bradli Barkola Fransa millisinin son 90 ildə ən erkən qolunu vurdu

UEFA Millətlər Liqasında İtaliya yığmasına qarşı oyun (1:3) Fransa yığmasının sol vingeri Bradli Barkola üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, yarışın A Liqasının 2-ci qrupunun 1-ci turu çərçivəsində “Park de Prens”də keçirilmiş oyunda Barkola 12-ci saniyədə hesabı açıb.

“Opta” statistik internet-portalının məlumatına görə, PSJ-nin futbolçusunun nail olduğu bu nəticə Fransa yığmasının son 90 ildə vurduğu ən erkən qol olaraq tarixə düşüb.

Buna rəğmən, “skuadra adzurra” “xoruzlar” üzərində 3:1 hesablı əzmkar səfər qələbəsi qazana bilib.

Qələbə sayəsində İtaliya yığması 3 xalla qrupun lideridir. Xalsız “xoruzlar” isə qrupda sonuncu, 4-cü pillədə yer alıblar.

Xatırladaq ki, UEFA Millətlər Liqasının cari çempionu İspaniya yığmasıdır.

Bradli Barkola Lion “Olimpik”inin yetirməsidir. Sağ cinah vingeri PSJ-yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində keçib. Onun Paris klubu ilə müddəti 2028-ci il iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləsi var.

Cari mövsümdə Barkola PSJ-nin heyəyində 3 oyuna çıxıb, 4 qol vurub. O, Paris təmsilçisində bütövlükdə 42 matç keçirib, 9 qol və 9 assistlə yadda qalıb.

Barkola Fransanın U-18, U-20, U-21 yığmalarında da oynayıb. Əsas millidə bu ilin iyun ayında debüt etmiş futbolçu indiyə qədər meydana çıxdığı 6 oyunda 1 qol və 1 asisstlə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
arena.az

1Mənbələr