AZ

Paralimpiyaçımız finala çıxdı

Fransanın paytaxtında keçirilən Yay Paralimpiya Oyunları davam edir.

Modern.az xəbər verir ki, Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə yarışının təsnifat mərhələsində mübarizə aparıb. Finişə 58.16 saniyə ilə birinci çatan idmançımız finala vəsiqə qazanıb.

Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Raman Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında finişə 1:00:67 dəqiqə nəticə ilə çataraq ikinci olub və gümüş medal qazanıb. O, sentyabrın 4-də 100 metr məsafəyə sərbəst üzmə üsulunda isə 53.65 nəticə göstərərək bürünc mükafata yiyələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
3
modern.az

2Mənbələr