AZ

Regionlarda məktəb açılışları olub (FOTO)

Bakı. Trend:

Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam ortaməktəbinin yeni binasının açılışı olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, açılış mərasimindəElm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini FərzəliQədirov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, QarabağRegional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdirmüavini Anar Məcidov, sektor müdirləri və məktəb kollektivi iştirakediblər.

Qonaqlar yeni təhsil ocağında yaradılan şəraitlə tanışolublar.

Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir.Məktəbdə direktor və müavininin otağı, müəllimlər otağı, 11 sinifotağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı, bufet,texniki işçilərin otağı, 2 mühafizə otağı, fizika, kimya,biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar vəoğlanlar üçün texnologiya otaqları, 84 yerlik iclas zalı, kitabxanamövcuddur.

Qubada Çingiz Mursalov adına Vəlvələ kənd tamorta məktəbinin yeni binasının da açılış mərasimi keçirilib.

Açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsilİnstitutunun direktor vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayonİcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba – Xaçmaz RegionalTəhsil İdarəsinin müdiri Coşqun Əliyev, müəllim və şagirdləriştirak ediblər.

Qonaqlar yeni məktəb binasının müasir tələblərə cavab verdiyini,təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün şəraityaradacağını qeyd ediblər.

Daha sonra məktəb binasında yaradılmış şəraitlə tanışlıqolub.

Qeyd edək ki, məktəb 264 şagird yerlikdir.

Ucarda Əziz Əliyev adına Qazyan kənd 2 nömrəlitam orta məktəbinin yeni binasının açılışı olub.

Açılış mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətininsədri Elnur Nəsibov, Ucar Rayonu İcra Hakimiyyətinin başçısı MənsurMəmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri ElçinKərimov iştirak ediblər.

Qonaqlar yeni təhsil ocağında yaradılmış şəraitlə də tanışolublar.

Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir.Məktəbin 1-ci mərtəbəsində direktor otağı, müəllimlər otağı, 5sinif otağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı,bufet, texniki işçilərin otağı, 2 mühafizə otağı yerləşir. Binanın2-ci mərtəbəsində isə təlim-tərbiyə işləri üzrə direktor müavinininotağı, 6 sinif otağı, fizika, kimya, biologiya, informatikakabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiyaotaqları mövcuddur. İkinci mərtəbədə həmçinin 108 yerlik iclas zalıvə kitabxana var.

Regionlarda
Regionlarda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
10
az.trend.az

10Mənbələr