AZ

Paris-2024: Bu gün 6 idmançımız yarışacaq

Paris-2024 Yay Paralimpiya oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, yarışlar Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.

100 metr məsafəyə qaçışda çempion olan idmançı Lamiyə Vəliyeva bu dəfə 400 metr məsafədə qüvvəsini sınayacaq.

Bu gün L. Vəliyeva ilə yanaşı, daha beş azərbaycanlı idmançı çıxış edəcək. Belə ki, paraatlet Orxan Aslanov uzunluğa tullanmada, paracüdoçular Xatirə İsmiyeva (70 kiloqram), Dürsədəf Kərimova (70 kiloqram) və İlham Zəkiyev (90 kiloqram) 1/4 finalda qələbə üçün yarışacaqlar. Onların yarışı Bakı vaxtı ilə 11:30-da start götürəcək.

Paraüzgüçü Raman Saley 100 metr məsafəyə “butterfly” üzgüçülüyü yarışında növbəti medalı əldə edə bilər. Təsnifat saat 12:47-də baş tutacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
4
bizim.media

7Mənbələr