AZ

ABŞ və İraq razılığa gəldi?

Vaşinqton və Bağdad İŞİD ilə mübarizə üzrə beynəlxalq koalisiyanın qüvvələrinin İraqdan çıxarılması planlarına dair razılığa gəliblər.

Publika.az xəbər verir ki, “Reuters” agentliyinin mənbələrinə istinadən yaydığı məlumata görə, iki dövlət arasında altı aydan çox davam edən danışıqlar nəhayət nəticələnib.

İlkin plana əsasən, yüzlərlə hərbçinin 2025-ci ilin sentyabrına, qalanlarının isə 2026-cı ilin sonuna qədər çıxarılması nəzərdə tutulur. Tərəflər qoşunların sayının azaldılmasından sonra da ABŞ ordusunun bir hissəsinin İraqda qala bilməsi ilə bağlı müzakirələri davam etdirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
26
publika.az

10Mənbələr