AZ

İtaliyanın mədəniyyət naziri sevgilisinə görə istefa verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliyanın Baş naziri Coriya Meloni mədəniyyət naziri Cennaro Sanculianonun istefasını qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Meloni özü bildirib.
Meloni bacarıqlı və dürüst insan adlandırdığı Sanculianoya İtaliyanın mədəniyyət naziri kimi böyük işlər gördüyünə görə təşəkkür edib və onun istefasını qəbul etdiyini açıqlayıb.
O əlavə edib ki, o, Mədəniyyət Nazirliyinin yeni rəhbəri Alessandro Culinin namizədliyini irəli sürüb.
Sanculiano sosial şəbəkələrdə İtaliyanın baş nazirinin mesajını yayıb, lakin istefasına münasibət bildirməyib.
Qeyd edək ki, daha əvvəl keçmiş nazir münasibətdə olduğu və birlikdə xidməti ezamiyyətlərə getdiyi inflüenser Mariya Rozariya Boççanı İtaliya Mədəniyyət Nazirliyinə məsləhətçi təyin etməyə çalışdığını etiraf edib.
Qalmaqal fonunda Sanculiano bildirib ki, o, baş nazirdən istefasını xahiş edib, lakin o, bunu qəbul etməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
oxu.az

10Mənbələr