AZ

Heyətin təsisinə ən çox pul xərcləmiş klubların siyahısı açıqlandı

Cari heyətini təsis etmək üçün transfer bazarında ən çox pul xərcləmiş klubların siyahısı ictimaiyyətə təqdim edilib.

Arena.az məlumat verir ki, müvafiq siyahı Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) tərəfindən tərtib edlib və açıqlanıb.

Bu siyahıya, əlavə üstəliklər də daxil olmaqla, cari komandaya 1,263 milyard avro məbləğində xərc çəkmiş “Çelsi” başçılıq edir. Müvafiq siyahıda “zadəganlar”ın öz heyətini təsis etmək üçün həyata keçirdikləri 25 alış nəzərə alınıb. Bu, müvafiq siyahının bütün tarixi ərzində mütləq göstərici – rekorddur.

Siyahının 2-ci pilləsində “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar” 20 transferə 1,038 milyard avro məbləğində pul xərcləyiblər.

İlk üçlüyü heyətinin təsisinə 18 transfer üçün 1,017 milyard avro məbləğində pul tökmüş “Mançester Siti” qapayır.

Vurğulayaq ki, bu 3 klub, komanda heyətinin təsisinə 1 milyard avro məbləğdən çox xərc çəkmiş, dünyada yeganə klublardır.

İlk onluğa həmçinin “Arsenal”, “Tottenhem”, PSJ, “Liverpul”, “Real”, “Nyukasl” və “Yuventus” daxildir.

İlk beşliyi təmsil etməyən komandalar arasında ən yüksək yeri Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal” tutur – 13-cü yer (485 milyon avro məbləğə 17 transfer).

Yay transferlərinə ən çox xərc çəkmiş liqalar da məlum olub. Belə ki, UEFA 2024/2025-ci illər mövsümü üçün yay transfer bazarlığına ən çox xərc çəkmiş liqaların siyahısını açıqlayıb.

İngiltərə siyahının zirvəsində yer alıb. İngilis klubları artıq geridə qalmış yay trasnfer pəncərəsi ərzində keçidlərə ümumilikdə 1,6 milyard avro məbləğində pul vəsaiti xərcləyiblər.

2-ci pilədə İtaliya qərarlaşıb. İtalyan klubları yay transferlərinə 825 milyon avro məbləğində pul töküblər.

İlk üçlüyü isə Fransa qapayır. Fransa klublarının yay transferlərinə sərfiyyatı 697 milyon avro məbləğ təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
arena.az

1Mənbələr