AZ

Təyyarədə bomba olması xəbərinə görə Ərzurum üzərində hava məkanı bağlanıb

Təyyarədə

Ankara, 6 sentyabr, AZƏRTAC

Mumbay-Frankfurt reysini yerinə yetirən Hindistanın “Vistara” aviaşirkətinə məxsus təyyarəsinin təcili eniş etməsi ilə əlaqədar Türkiyə dövlət orqanları Ərzurum üzərində hava məkanını bağlayıb.

AZƏRTAC xəbər verir ki, pilotlar təyyarənin göyərtəsində bomba olması ilə bağlı xəbərə görə eniş tələb ediblər.

Ərzurum valisi Mustafa Çiftçi 247 sərnişin və 13 ekipaj üzvünün olduğu təyyarənin göyərtəsində artıq minatəmizləmə mütəxəssislərinin olduğunu bildirib. Xilasetmə qrupları və yanğınsöndürmə briqadaları da hava limanının ərazisindədir.

“Sərnişinlərdən biri salfetin üzərinə “Təyyarədə bomba var” yazıb. Pilotlar müvafiq qərar qəbul ediblər”, - deyə vali dəqiqləşdirib.

UK27 reysi ilə uçan təyyarə yerli vaxtla saat 17.05-də Trabzona məcburi eniş edib. İlkin olaraq uçuş heyəti Ordu hava limanına eniş etməyi planlaşdırıb, lakin təmir işləri ilə əlaqədar olaraq təyyarə Trabzona yönləndirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
3
azertag.az

3Mənbələr