AZ

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları: Qlobal aktora çevrilən Azərbaycan - Aydın Quliyev

Bakı. Trend:

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz"Facebook" səhifəsində Azərbaycanın xarici siyasət kursu barədəmaraqlı paylaşım edib.

Trend A. Quliyevinpaylaşımını təqdim edir:

"Milli maraqlara əsaslanan hərtərəfli balanslaşdırılmış xaricisiyasət kursu Azərbaycana dünya birliyində geniş rəğbətbəslənməsinə, ölkənin qlobal nüfuzunun, regional və beynəlxalqməsələlərdə yerinin və rolunun əhəmiyyətli dərəcədə güclənməsinəgətirib çıxarıb. Ölkənin fəal və praqmatik xarici siyasət kursuhəyata keçirməsi müasir geosiyasi, geoiqtisadi şəraitdə yaranançağırışlara vaxtında və adekvat cavab verilməsini təmin edir,yaşadığımız əsrin dinamik şəkildə dəyişən beynəlxalq siyasireallıqlarını nəzərə almaqla uğurla reallaşdırılır.

Təbii ki, xarici siyasətdə başlıca məqsədləri dövlətinmüstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, ölkəninbeynəlxalq siyasətdə mövqeyini gücləndirmək, milli və regionaltəhlükəsizliyin təmin edilməsi üçün ən əlverişli şəraitinyaradılmasına nail olmaqdır. Bunlara paralel şəkildə milliiqtisadiyyatın dinamik inkişafı, demokratik dövlət quruculuğuistiqamətində fəaliyyətin intensiv qaydada davamı, inkişaf etmişölkələr cərgəsinə qoşulmaq və bu qəbildən digər nailiyyətlərin əldəedilməsi xarici siyasətin tərkib hissəsində yer alır. Praqmatik vəbalanslaşdırılmış xarici siyasət kursunun yürüdülməsi, beynəlxalqnorma və prinsiplər əsasında digər ölkələrlə bərabərhüquqlu vəqarşılıqlı surətdə faydalı münasibətlərin inkişafı artıqAzərbaycanın qlobal səhnədə əsas aktorlardan birinə çevrilməsindəmühüm rol oynayıb. Xüsusən də İkinci Qarabağ müharibəsi və ötənilin sentyabırnda həyata keçirilmiş birgünlük antiterror tədbirlərinəticəsində Azərbaycanın ərazi bütövlüyünü və bütün torpaqlarıüzərində suvernliyini bərpa etməsi ölkəmizin beynəlxalqmünasibətlər sistemində mövqeyini daha güclü hala gətirib. Bununümdə səbəblərindən biri odur ki, Azərbaycan son onilliklər ərzində,daha doğrusu " soyuq müharibənin " bitdiyi ötən əsrin 90- cıillərindən sonrakı dövrdə ərazi bütövlüyünü bərpa etməyi bacarmışyeganə ölkə statusunu qazanıb.. Hətta bu məsələ ilə bağlıAzərbaycana problem yaratmaq istəyənlərin, o cümlədən dəErmənistanın fəaliyyəti ciddi fiasko ilə nəticələndi.

Sirr deyil ki, Qarabağ iqtisadi rayonunu könüllü şəkildə tərketmiş ermənilər və onların havadarları sonradan Azərbaycanı etniktəmzləmədə ittiham etməyə çalışdılar. Ancaq yenə düşünülmüş xaricisiyasət nəticəsində tamamilə əks mənzərə alındı. ErmənistanınAzərbaycanın beynəlxalq izolyasiyaya salmağa çalışsa da,Azərbaycanın erməniəsilli vətəndaşlara mansibətinin nümunəvixarakteri barədə dünyada fikirlər getdikcə güclənməyə başladı.Artıq Qarabağ iqtisadi rayonundan köç etmiş erməni faktorununanti-Azərbaycan təbliğatı və rıaçqı kimi istifadəsininmümkünsüzlüyü Ermənistan daxil olmaqla dünyada etiraf və qəbulolunur.

Xarici siyasətdə daha bir uğur ərazicə kiçik olan Azərbaycanınbeynəlxalq münasibətlərdə əhəmiyyətinin artması, bununla dünyasiyasətinə mühüm tendensiya qazandırmasıdır. Əslində, bu hal dünyasiyasəti üçün ciddi bir yenilik də hesab oluna bilər. Məsələburasındadır ki, böyük dövlətlər böyük siyasi oyunlarında kiçikölkələrə passiv “piyadalar” kimi yanaşaraq, onlardan öz məqsədləriüçün istifadəyə daim xüsusi diqqət ediblər. Lakin Azərbaycan buyanaşmanı alt-üst edə bildi. Ölkəmiz beynəlxalq aləmdə öz millimaraqlarını həyata keçirməyə qadir olan fəal oyunçu nümunəsiniortaya qoydu. Çoxtərəfli diplomatiya sayəsində Azərbaycan göstərdiki, bütövlükdə beynəlxalq münasibətlərin mahiyyəti üçün təkcə böyükdövlətlərin yox, kiçik ölkələrin də mövqeyini nəzərə almaqlazımdır. Bunun ən yaxşı nümunəsini Azərbycana böyük ölkələrinmünasibətində görmək olar. Məsələn, Azərbaycana qarşı düşmənçiliksiyasəti yürüdən Fransanın siyasəti ölkəmizin manevrləri sayəsindəbumeranq effekti verir. Fransa buna görə təkcə Cənubi Qafqazda yox,daha geniş coğrafiyada problemlərlə üzləşib. Bunun əksinə olaraq,Azərbaycanla dost münasibətində olanlar qarşılıqlı əməkdaşlıqdandaha çox dividend əldə edirlər. Onların sırasında Avropadan olanölkələrin də sayı yetərincədir. Elə Prezident İlham Əliyevinsəfərdə olduğu İtaliya buna ən yaxşı nümunələrdən biri kimigöstərilə bilər. Ölkələrimiz arasında əməkdaşlıq bu gün onlarınözləri ilə yanaşı Avropa məkanında proseslərin inkişaf axarınamüsbət istiqamətdə ciddi təsir edir.

O da xüsusi diqqət çəkən məqamdır ki, Azərbaycanın dünyasiyasətində mühüm rolu İtaliyada qəbul olunur. Məhz elə busəbəbdəndir ki, “Dünya, Avropa və İtaliya haqqında bilgilər”mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yenigeosiyasi şəraitdə Azərbaycanın rolu” adlı ayrıca sessiya təşkiledilib. Bu mötəbər Forumda Prezident İlham Əliyevin əsas qonaq kimiiştirakı Azərbaycana olan ehtiramın, beynəlxalq aləmdə yüksəknüfuzunun təzahürüdür. Təbii ki, bütün bunlara düşünülmüş və millimaraqlara söykənən xarici siyasət nəticəsində nail olunub.Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat logistika layihələri,qurduğu əməkdaşlıq formatları, bəşəri problemlərin, o cümlədəniqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırlmasına doğruatdığı addımlar dünyada təqdir olunur, Azərbaycanı daha güclü mövqesahibinə çevirir.

Konkret İtaliyaya gəlincə, iki ölkə arasında münasibətlərininzəngin tarixi var və onlar daim səmimi xarakter daşıyıb və artıqstrateji əhəmiyyət kəsb edir.

Eyni sözləri br çox digər Avropa ölkələri haqqında da deməkolar. Almaniya, Böyük Britaniya, Şərqi Avropa ölkələrinin böyükəksəriyyəti Azərbaycanla münasibətlərini yüksək səviyyədəsaxlamağa, inkişaf etdirməyə müstəsna önəm verirlər. Eyni ilə Şərqdünyasında, Afrikada, Latın Amerikasında, Şimali Amerikada bu güAzərbycan böyük nüfuz sahibidir. Hətta bir- birinə düşmənmünasibətində olan ölkələr Azərbaycana münasibətdə bunu daim arxaplana atırlar. Rusiya və Ukrayna nümunəsi buna real faktdır.Təsadüfi deyil ki, buna nail olmağa xidmət edən Azərbaycanın xaricisiyasət kursu dünyada bir-birinə qarşı duran güclər tərəfindən dəmüsbət qiymətləndirilir. Bütün bunlar Azərbaycanı beynəlxalqmünasibətlər sistemində daha güclü aktora çevirir.

Təbii ki, yeni dünya düzəninin formalaşması prosesində öz yerinivə yolunu yenidən müəyyənləşdirməyə məcbur olan bütün ölkələrbaşqalarının təcrübəsini öyrənməyə mütləq ehtiyac duracaqlar Artıqduyurlar da...Bu nöqteyi - nəzərdən Azərbaycanın çoxvektorlu,balanslı və bloklara qoşulmamaq siyasətinin örnək və təcrübəmənbəyi olacağına söz yoxdur...".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
az.trend.az

5Mənbələr