AZ

Rəşad Vəliyev rəis təyin edildi

Azərbaycan Su Ehtiyyatları Aganetliyinin Şəmkir rayonunda fəaliyyət göstərən Maşın-Kanalı İstismarı İdarəsinə yeni rəis təyin olunub.

Agentlikdən OXU24.COM -a verilən məlumata görə, müvafiq əmrlə bu posta Rəşad Vəliyev təyinat alıb.

Rəşad Vəliyev buna qədər həmin idarədə müxtəlif vəzifələrdə çalışıb.

Şəmkir Maşın-Kanalı İstismarı İdarəsi qərb bölgəsində mövcud olan strateji obyektlərdən biridir. Şəmkirçay Su Anbarının istismarını təşkil edən idarə Şəmkir rayonu ilə yanaşı, Göygöl, Samux və Goranboy rayonlarında əkin sahələrinin suvarılmasında əsas su mənbəyidir. Həmçinin Şəmkir şəhərinin və Gəncə şəhərinin bir hissəsi bu dəryaça vasitəsi ilə içməli su ilə təchiz olunur.

Qeyd edək ki, idarənin əvvəlki rəisi Vaqif Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
8
oxu24.com

7Mənbələr