AZ

Ərzurum hava limanında bomba həyəcanı elan olunub

Hindistandan Almaniyaya uçan təyyarə bomba təhlükəsi səbəbindən Ərzurum hava limanına məcburi eniş edib.

APA NTV-yə istinadən xəbər verir ki, bomba həyəcanı səbəbilə hava limanında təhlükəsizlik tədbirləri görülüb və Ərzurum şəhərinin hava sahəsi bağlanıb.

Ərzurum valisi Mustafa Çiftçi bildirib ki, bir sərnişin salfetin üzərinə “Təyyarədə bomba var” yazıb.

Sərnişinlərin terminal binasına aparıldığını bildirən M.Çiftçi axtarışın davam etdiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
11
apa.az

3Mənbələr