AZ

Polisə hədə-qorxu gələrək müqavimət göstərən ana və oğlu SAXLANILDI

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Bu barədə Gundem.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb:

“Sürücü YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib. Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin anası övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib”.

Qurum qeyd edib ki, hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
30
gundem.az

10Mənbələr