“Benfika”nın yeni baş məşqçisi müəyyənləşib.Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Komandanın “sükan”ı portuqaliyalı mütəxəssis Bruno Lageyə tapşırılıb. Onunla 2026-cı ilin yayınadək olan müqavilə imzalanıb.48 yaşlı Lage 2019-cu ilin yanvarından 2020-ci ilin iyun ayına qədər də “Benfika”nın baş məşqçisi olub. O, daha əvvəl 6 ay “Benfika B”yə rəhbərlik edib.Lagedən əvvəl “Benfika”nın baş məşqçisi sentyabrın 1-də “Moreyrense” ilə 1:1 hesablı heç-heçədən sonra klubu tərk edən Rocer Şmidt olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta