AZ

“iPhone 16” daha baha satılacaq - SƏBƏB

 Apple Intelligence süni intellekt sisteminin inteqrasiyası sayəsində “iPhone 16”-ya yüksək tələbat olacaq və daha yüksək qiymətə satılacaq. 

“Cebheinfo.az” xəbər verir ki, proqnozu investisiya firması olan “Piper Sandler” verib.

Bu barədə “Apple Insider” portalı araşdırmaya istinadən məlumat verir.

Analitiklərin fikrincə, yeni “Apple” modellərində süni intellektin olması dərhal olmasa da, satışa çıxarılan zaman əhəmiyyətli satışlara kömək edəcək. Çünki “Apple Intelligence” sistemi yeni “iPhone”-ların buraxılışı ilə eyni vaxtda işə salınmayacaq. Bununla belə, cihazın qəbulu tempi gələcəkdə yavaşlaya bilər.

Hesabatda qeyd edilir ki, süni intellektin inkişafına əhəmiyyətli sərmayələr səbəbindən “Apple” öz cihazlarının qiymətlərini artırmağa məcbur olacaq.

“Apple”-ın yeni “iPhone 16”, “Apple Watch 10” (X) və “AirPods”-un təqdim olunacağı "It's Glowtime" təqdimatı sentyabrın 9-da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
cebheinfo.az

4Mənbələr