AZ

Goranboyda avtomobil su arxına girdi: Xəsarət alanlar var – FOTO

Goranboy rayon ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Qızılhacılı kəndi ərazisində, Naftalan şəhər istiqamətində yolda "Opel" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq su arxına girib. Hadisə zamanı xəsarət alan sürücü və sərnişin Goranboy Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
bizim.media

10Mənbələr