AZ

“ABŞ Ukraynanı silahlandırmaqla daha çox özündən aslı vəziyyətə salır”- ŞƏRH

“Faktiki olaraq Ukrayna ABŞ-dan aslı vəziyyətdədir. ABŞ Ukraynanı silahlandırmaqla daha çox özündən aslı vəziyyətə salır. Bu, qəbul olunmuş, məntiqi olan strategiyadır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.

Analitikin sözlərinə görə, Cənubi Qafqazda da Ermənistan üzərindən eyni ssenari təkrarlanır:

“Ermənistanı da silahlandıraraq özündən aslı vəziyyətə salırlar. Ukraynanın daha çox silah-sursata ehtiyacının olması başa düşüləndir. Ona görə ki, Ukrayna Rusiyanın ərazisinə girib və qoşunları ciddi müqavimətlə üzləşib. Kiyevə isə girdiyi ərazilərdə möhkəmlənməyi lazımdır. Buna görə isə mövcud silah-sursat ehtiyatı kifayət deyil. İndiyə kimi Ukrayna öz ərazisində döyüşürdü, indi isə Rusiya ərazisinə keçib və müdafiəçi yox, hücumçu qismindədir. Hərbi qaydalara görə isə hücum edən ölkənin ehtiyatı müdafiəçiyə nisbətdə 3 dəfə çox olmalıdır. Çünki Kursk Rusiyanın öz ərazisidir və orada hərbi bazaları mövcuddur. Ukrayna Kurskda yaşayış məntəqələrinin ələ keçirilməsi üçün ciddi şəxsi heyət itkisi verdi və ağır hərbi texnikadan istifadə etdi. Şəxsi heyəti bərpa etmək mümkün olmasa belə itirilmiş texnikanının bərpası və Kurskda möhkəmlənmək üçün Zelenskinin yardım üçün yenidən xahiş etməsi başa düşüləndir. Bundan sonra Qərb silah dəstəyi göstərəcəyi barədə vəd versə də dərhal silah verməyəcək. İndiyə qədər olduğu kimi prosesi uzadıb sonra yardım göstərəcək. Ancaq ABŞ digər qərb ölkələrindən fərqi olaraq indiki məqamda Ukraynaya əvvəlki kimi xəsislik göstərməyə bilər. Bu da ABŞ-dakı prezident seçkiləri ilə bağlıdır. Demokratlar yenidən hakimiyyətdə qalmaq üçün Ukraynaya dəstəyi artırmaqla beynəlxalq ictimaiyyətdə rəğbət qazanmaq istəyirlər”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
editor.az

1Mənbələr