AZ

Ağ Evdən Putinə: "Seçkilərimiz haqqında danışmağı dayandırın"

“Putin bu və ya digər şəkildə heç kimə dəstək verməməlidir". 

Bakıvaxtı.az “BBC”yə istinadən xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Yeni prezidentin seçilməsində qərar verənin yalnız Amerika xalqı olacağını bildirən Kirbi bildirib ki, Putin seçkilərə müdaxilə cəhdlərini dayandırmalı və əlavə şərh verməməlidir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləyəcəklərini açıqlayıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
bakivaxti.az

1Mənbələr