AZ

İran Ermənistanı şantaj edir: Zəngəzur dəhlizinə...

İran Zəngəzur dəhlizinə xarici özəl şirkətlərin cəlb edilməsinin əleyhinədir.Mediaxeberleri.Az“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan etmişdi.“Biz hər şeyin Ermənistanın suverenliyi çərçivəsində olmasının tərəfdarıyıq, hər hansı bir nəzarət Ermənistan tərəfindən olacaq... Biz digər ideyaları dəstəkləmirik... ", - Sobhani deyib.O qeyd edib ki, Ermənistan hakimiyyəti də bundan danışır: “Hər şey Ermənistanın suverenliyi çərçivəsində olacaq. Beləliklə, söhbət təhlükəsizlik məsələsinin hansısa beynəlxalq şirkətə verilməsindən getmir. Məsələ ondadır ki, yüklərin daşınması zamanı hansısa ticarət şirkətinin nümayəndəsi ola bilər, amma mənə dedilər ki, nəzarət və təhlükəsizliyi Ermənistan hökuməti təmin edəcək”, - deyə Sobhani bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
mediaxeberleri.az

2Mənbələr