AZ

Wikipedia Hindistanda bkoklana bilər

Hindistanda wikipedia bloklana bilər. Bu barədə Hindistanın LiveLaw nəşri yazıb.

Belə ki,Yeni Dehli Ali Məhkəməsi Vikipediyaya mümkün bloklama barədə xəbərdarlıq edib.

Hindistanın ən böyük xəbər agentliklərindən biri olan ANI-nin Vikipediya səhifəsində redaktə edilib ki, portal "mərkəzi hökumət üçün təbliğat vasitəsi rolunu oynayıb, geniş saxta xəbər saytları şəbəkəsinin materiallarını yayıb və hadisələri yanlış məlumatlandırıb”.

ANI onlayn ensiklopediyaya qarşı böhtana görə məhkəməyə müraciət edib. Sonra Vikipediya izah edib ki, istənilən internet istifadəçisi məqalələri redaktə edə bilər. Hindistan məhkəməsi sayta redaktə edən insanların məlumatlarını açıqlamağı əmr edib.

İş üzrə məhkəmə oktyabrda keçiriləcək. Onlayn ensiklopediyanı idarə edən qeyri-kommersiya Wikimedia Fondu olan Wikimedia-nın səlahiyyətli nümayəndəsi iştirak etmək üçün dəvət olunub.

Vikipediya rəsmi olaraq 2001-ci il yanvarın 15-də fəaliyyətə başlayıb. Saytın "neytral baxış” siyasəti fəaliyyətinin ilk aylarında tətbiq edilib.
 
Aytac

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
anews.az

3Mənbələr