AZ

Bolqarıstanlı voleybolçu Azərbaycan klubunda

“Gəncə” klubu heyətini yeni voleybolçu ilə gücləndirib.

Qərb təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, “sarı-göylər” bolqarıstanlı Nikol Duleva ilə 1 illik müqavilə imzalayıb.

Oyunçu 2023/2024-cü illər mövsümünü İsveçrənin VFM komandasında keçirib. O, Fransanın “Stella Calais”, “Romans”, “Vandoeuvre Nancy”, ölkəsinin isə “Kazanlak” və “Rakovski” klublarının da şərəfini qoruyub.

“Gəncə” bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
6
90deqiqe.az

10Mənbələr