AZ

Zelenski Rusiyanın Kurskdakı itkilərinin sayını açıqladı

“Hazırda bizim əməliyyatımızın ilk ayı ərzində Rusiya hərbçiləri təkcə Kursk bölgəsində ölü və yaralı olmaqla, təxminən 6000 əsgərini itirib”. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ramştayndakı toplantıda deyib.

Zelenski vurğulayıb ki, Ukrayna qüvvələrinin Kursk vilayətinə hücumu sayəsində Rusiya hərbçilərinin Sumı vilayətinə hücum təhlükəsi aradan qalxıb.

Prezident əlavə edib ki, bu əməliyyat həm də Rusiyanın Ukrayna ərazisini işğal etməsinə “öz xalqını qorumaqla” haqq qazandıran Rusiya başçısı Vladimir Putinin real maraqlarını nümayiş etdirir.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti Kursk vilayətinin sakinlərini faktiki olaraq, taleyin ümidinə buraxıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
azpolitika.info

10Mənbələr